Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycana 145 milyon 885 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü illə müqayisədə 18 milyon 523 min dollar və ya 11,3% azalıb.
2024-cü ildə ölkəyə 164 milyon 408 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, ötən il bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.60% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
