Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay Avrozonada inflyasiya 2,9 faiz təşkil edib.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın oktyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.
Məlumatlara görə, Avrozonada sentyabrda 4,3 faiz olan illik inflyasiya oktyabrda 2,9 faiz olaraq hesablanıb. Avrozonada oktyabr ayında inflyasiya əvvəlki aya görə isə 0,1 faiz olaraq təyin olunub.
Xatırladaq ki, regionun ilkin inflyasiya məlumatlarında oktyabr inflyasiyası illik 2,9 faiz, aylıq isə 0,1 faiz olaraq açıqlanmışdı. Bu da, yekun məlumatların ilkin məlumatları təsdiqlədiyini göstərir.
Aİ-də sentyabrda 4,9 faiz olan illik inflyasiya oktyabrda 3,6 faizə düşüb.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında inflyasiya Avrozonada 10,6 faiz, Aİ-də isə 11,5 faiz təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!