Ordusu 20 faiz kiçilən ölkə: Müdafiə üçün əsgər lazımdır | Banco.az

Ordusu 20 faiz kiçilən ölkə: Müdafiə üçün əsgər lazımdır

Müəllif:Mehin Qasımova,Banco.az

Cənubi Koreyanın ordusu son altı ildə 20 faiz azalaraq, təxminən 450 min nəfərə çatıb.

Banco.az xəbər verir ki, Müdafiə Nazirliyinin hesabatına görə, azalma ilk növbədə ölkədə dünyada ən aşağı doğum səviyyəsi ilə bağlıdır, hər qadına 0,75 körpə düşür.

BBC-nin məlumatına görə, Şimali Koreya ilə hələ də texniki cəhətdən müharibədə olan Cənubi Koreya hərbi xidmətə çağırış sistemini saxlayır. İyul ayında dərc edilən bir araşdırma, Şimali Koreyanın 1,3 milyon aktiv əsgərinə qarşı müdafiə üçün ən azı 500,000 əsgərin lazım olduğunu göstərdi. 

Araşdırmada vurğulanıb ki, hazırkı əsgər sayı ölkəni özünü müdafiə etməkdə struktur cəhətdən çətin vəziyyətə salır və milli səviyyədə təcili tədbirlər görülməlidir.

Məlumata görə, Cənubi Koreya ordusunda 2006-cı ildən bəri diviziyaların sayı 59-dan 42-yə enib. Bəzi birliklər ləğv edilib və ya birləşdirilib. Ölkə artan regional gərginliyi aradan qaldırmaq üçün müdafiə büdcəsini də artırıb. 

2025-ci il üçün müdafiə xərcləri 60 trilyon vondan (43 milyard dollar) keçir ki, bu da Şimali Koreyanın ümumi daxili məhsulundan çoxdur.

Ölkədə doğum səviyyəsi 2018-ci ildə qadına düşən 0,98-dən 2020-ci ildə 0,84, 2023-cü ildə 0,72, 2024-cü ildə isə 0,75-ə düşüb.

Mütəxəssislərin proqnozlarına görə, bu tendensiya davam edərsə, 60 il ərzində 50 milyonluq əhalinin sayı iki dəfə azala bilər.