Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin noyabr ayında orta gündəlik xam neft hasilatının 456 min barel səviyyəsində olduğunu bildirib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu ilin oktyabr ayında sutkalıq neft hasilatı 458 min barel, sentyabr ayında isə 458 min barel olub.
Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı bu ilin üçüncü rübündə 458 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
