Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-fevral aylarında 378 milyon 112 min dollarlıq yeyinti məhsulları idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,9% və ya 17 milyon 744 min dollar artıb.
Məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında idxal edilən yeyinti məhsullarının dəyəri 360 milyon 368 min dollar olub.
Qeyd edək ki, bu ilin ilk 2 ayında idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 15,45% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!