Ölkədə orta aylıq əməkhaqqı 11%-dən çox artıb | Banco.az

Ölkədə orta aylıq əməkhaqqı 11%-dən çox artıb

2023-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, aylıq nominal əməkhaqqı 919,8 manata çatıb.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram