Ölkədə işsiz əhalinin sayı açıqlanıb | Banco.az

Ölkədə işsiz əhalinin sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin martın 1-i vəziyyətinə görə, 282,8 min nəfərə bərabər olub. Fevral ayının əvvəlində bu göstərici 282,7 min idi. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5313,2 min nəfər olmuş, onlardan 5030,4 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, cari il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 879,5 min nəfər, qeyri-dövlət sektorunda isə 877,5 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1725,4 min nəfər çalışıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram