Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 463,8 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,6% çoxdur.
Qeyd edək ki, ötən 7 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!