Ölkə banklarının faiz gəlirləri 5 mlrd. manatı ötüb | Banco.az

Ölkə banklarının faiz gəlirləri 5 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayının əvvəlinə Azərbaycan bankları 5 milyard 1 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 1 milyard 31.2 milyon manat və ya 26% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin yanvar ayının əvvəlinə 3 milyard 969.8 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram