Müəllif: Tamara Mustafayeva, Banco.az
Baş ofisi Kaliforniyada yerləşən aparıcı çip istehsalçısı "Nvidia" güclü nəticələr göstərib.
Banco.az xəbər verir ki, ABŞ-ın çip istehsalçısı "Nvidia" balans hesabatında 2025-ci maliyyə ilinin I rübü kimi qəbul etdiyi 28 apreldə başa çatan 3 aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb.
Hesabatda qeyd olunur ki, "Nvidia"nın gəlirləri aprel ayında başa çatan 3 aylıq dövrdə illik 260 faiz artaraq 26 milyard dollara çatıb.
Proqnozlar gəlirlərin sözügedən dövrdə 24,69 milyard dollara çatacağını göstərirdi.
"Nvidia"nın xalis mənfəəti isə bu rübdə illik 628 faiz artaraq 14,9 milyard dollara çatıb.
Ötən maliyyə ilinin dördüncü rübündə 82 sent olan şirkətin səhm başına qazancı da bu dövrdə 5,98 dollara yüksəlib.
Qeyd edək ki, süni intellekt çiplərinə tələbat artmaqda davam etdikcə "Nvidia"nın səhmləri ilin əvvəlindən təxminən 92 faiz dəyər qazanıb və şirkətin bazar dəyəri 2,3 trilyon dolları keçib.
Bizi sosial şəbəkələrdən izləyin!!