Bu ilin iyul ayının biri vəziyyətinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 99 min 979 nəfər olub.
Pensiyaçıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 335 nəfər və ya 0,3% azalıb.
Xatırladaq ki, ötən ilin bir iyul tarixinə ölkədəki pensiyaçıların sayı 1 milyon 103 min 314 nəfər idi.
Hesabat dövründə təyin olunmuş pensiyaların orta aylıq məbləği 594,4 manat olub ki, bu da, illik müqayisədə 56,3 manat və ya 10,4% çoxdur. Belə ki, ötən ilin eyni dövründə pensiyaların orta məbləği 538,1 manat idi.
