"Nvidia" ən dəyərli şirkətlər arasında yenidən birinci yerdədir | Banco.az

"Nvidia" ən dəyərli şirkətlər arasında yenidən birinci yerdədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Nvidia" 3,86 trilyon dollarlıq bazar dəyəri ilə "Microsoft Corp"u geridə qoyaraq ən dəyərli şirkətlər arasında növbəti dəfə birinci yerdə qərarlaşıb.

Banco.az xəbər verir ki, ABŞ-lı çip istehsalçısı "Nvidia" süni intellekt sahəsində liderliyinə dair yenilənmiş nikbinlik və süni intellekt çiplərinə olan tələbin artacağı gözləntiləri ilə dəstəklənərək, iyun ayında dünyada ən dəyərli şirkətlər arasında yenidən zirvəyə yüksəlib.

İyun ayının sonuna olan məlumata görə, çip istehsalçısının bazar dəyəri 3,86 trilyon dollara çataraq, "Microsoft Corp."un 3,69 trilyon dollarlıq dəyərini təxminən 4,3 faiz geridə qoyub.

Lakin "Nvidia"nın bazar dəyəri hələ ki, "Apple Inc."in 2024-cü ilin dekabrında müəyyən edilmiş təxminən 3,92 trilyon dollarlıq rekordunu aşa bilməyib. "Apple" iyun ayının sonunda 3,1 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın üçüncü ən dəyərli şirkəti olub.

"Meta Platforms Inc."in bazar dəyəri ötən ay 14 faiz artaraq 1,86 trilyon dollara, "Broadcom Inc."in 13,9 faiz artaraq 1,3 trilyon dollara, "Amazon.com Inc."in isə 7 faiz artaraq 2,33 trilyon dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram