“Nikoil Leasing”in rəhbərliyi dəyişib | Banco.az

“Nikoil Leasing”in rəhbərliyi dəyişib

“Nikoil Leasing” MMC-yə yeni direktor təyin edilib. Bu barədə Şirkətdən bildirilib.

Məlumata görə, söhbət Sahil Mirzəzadədən gedir. O, yeni vəzifəsində Raisa Babayevanı əvəz edib.

Xatırladaq ki, “Nikoil Leasing” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkət Elşən Babayeva (sabiq direktorun həyat yoldaşı) məxsusdur.

Mənbə: Report.az