Müəllif: Tamara Mustafayeva, Banco.az
Afrika İnkişaf Bankı (AfDB) Nigeriyanın iqtisadi transformasiyasını dəstəkləmək üçün hər il təxminən 650 milyon dollar maliyyə ayıracağını açıqlayıb.
Banco.az xəbər verir ki, Afrika İnkişaf Bankının (AfDB) Nigeriya üzrə ofisinin baş direktoru Əbdül Kamara yazılı açıqlamasında bildirib ki, bank Nigeriyanın iqtisadi transformasiyasını dəstəkləmək məqsədilə 2025–2030-cu illəri əhatə edən 5 illik strategiya çərçivəsində hər il təxminən 650 milyon dollar maliyyə vəsaiti ayıracaq.
Bu strategiyanın banka ilə Nigeriya arasındakı transformasiyaedici tərəfdaşlığı yeni bir mərhələyə daşıdığını qeyd edən Kamara bildirib: “Davamlı infrastruktur və inklüziv kənd təsərrüfatı artımına qoyulan investisiyalar vasitəsilə milyonlarla nigeriyalı üçün rifah yolları qururuq.”
Kamara əlavə edib ki, strategiyanın ilk 4 ili ərzində 2,95 milyard dollarlıq sərmayə planlaşdırılır və inkişaf tərəfdaşlarından əlavə 3,21 milyard dollar vəsait cəlb olunacağı gözlənilir.
AfDB-nin investisiyaları əsasən ətraf mühitə uyğun yollar, elektrik infrastrukturu, təmiz su sistemləri və xüsusilə qadınlar və gənclər üçün məşğulluq yaradacaq kənd təsərrüfatı müəssisələrinə yönəldiləcək.
Bu çərçivədə Nigeriyanın 2043-cü ilə qədər 2,3 trilyon dolları keçəcəyi təxmin edilən infrastruktur boşluğunun aradan qaldırılmasına töhfə verilməsi hədəflənir.
Bu investisiyaların Nigeriya iqtisadiyyatının 1 trilyon dollara çatmasına və təxminən 1 milyon 561 min nəfər üçün məşğulluq imkanının yaradılmasına töhfə verəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!