Müəllif:Mehin Qasımova/Banco.az
Bəzi OPEC+ ölkələrinin könüllü neft hasilatının azaldılması fonunda neftin qiyməti artıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin qiyməti 0,44% artaraq bir barel üçün 83,93 dollar təşkil edib.
Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 0,11% artaraq bir barel üçün 79,98 dollar olub.
Martın 3-də bir sıra OPEC+ ölkələri, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının əlavə könüllü azaldılması üçün ilkin olaraq birinci rüb üçün nəzərdə tutulan tədbirlərin 2024-cü ilin ikinci rübünə qədər uzadıldığını elan ediblər. Rusiya ikinci rübdə neft hasilatı və ixracının üç ay ərzində orta hesabla 471 min barel azaldığını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!