Neft Fondunun investisiya portfelində dolların payı açıqlandı | Banco.az

Neft Fondunun investisiya portfelində dolların payı açıqlandı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Neft Fondunun (ARDNF) 2023-cü ilin 31 dekabr tarixinə cəmi investisiya portfeli 56 065,44 milyon dollar təşkil edib. 

Banco.az bu barədə Fonda istinadən xəbər verir. 

Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 67,5%-ni ABŞ dolları təşkil edir. 

Məlumata görə, vəsaitlərin 21,2%-ni avro, 5,3%-i ingilis funt sterlinqi, 0,7%-i Avstraliya dolları, 0,2%-i türk lirəsi, 0,2%-i Rusiya rublu, 1%-i Çin yuanı, 1,4%-i Yapon yeni, 2,5%-ni digər valyutlar təşkil edib.

Əlavə edək ki, ABŞ dolları portfelinin 6 752,1 milyon dollarlıq hissəsini (12%) qızıl investisiyaları təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram