“NBCBank” İpoteka krediti faizini aşağı saldı | Banco.az

“NBCBank” İpoteka krediti faizini aşağı saldı

NBCBank İpoteka kreditlərinin verilməsində bir ilkə imza atmışdır. Azərbaycan İpoteka Fondunun xətti ilə verilən güzəştsiz ipoteka kreditləri üçün təyin olunan illik 8%, NBCBank tərəfindən illik 7%-lə təklif olunur.

“NBCBank” ASC 2017-ci ildə artıq 5 milyon manatdan artıq  məbləğdə AİF İpoteka kreditini rəsmiləşdirib və bu kredit üzrə müştəriləri 850 nəfərə yaxın olmaqla, portfeli 32 milyon manatdan artıqdır.

İpoteka kreditlərin məbləği  100000 AZN-ə qədər, ilkin ödəniş isə cəmi 15% təşkil edir.  
"NBCBank ASC" 2011-ci ildən "AİF"in üzvüdür və ölkə ərazisində 11 filialı, 1 şöbəsi fəaliyyət göstərir.

Bu şərtlər oktyabr ayının sonuna qədər qüvvədədir.