Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Mərkəzi Bankı şifrələrin idarəetmə sisteminin lisenziyalarının dəstəklənməsinin satın alınması ilə bağlı tender elan edib.
Banco.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 80 min 892 manatdır.
Tenderdə iştirak haqqı 161.78 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Bankın digər tenderi isə mühafizə xidmətlərinin satın alınması ilə bağlıdır. Bu tenderin ehtimal olunan qiyməti 111 min 652 manatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
