Naxçıvan MR-da sahibkarlara və vətəndaşlara verilən kreditlərin həcmi 22,6 faiz artıb. Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, 2014-cü ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 32 milyon 836 min manatdan çox həcmdə kreditlər verilib. Bu da 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 22,6 faiz çoxdur. NMR DSK-dən o da bildirilib ki, 2014-cü ilin 1 avqust tarixinə kimi muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 31 476-ya çatıb. Bunun da 28 542-si və ya 90,7 faizi aktiv hesablardır.
fins.az