NASA Aya nüvə reaktoru göndərməyə hazırlaşır - Sənədlər mediaya sızdı | Banco.az

NASA Aya nüvə reaktoru göndərməyə hazırlaşır - Sənədlər mediaya sızdı

Müəllif:Mehin Qasımova,Banco.az 

NASA Ayda nüvə reaktoru quraraq kosmos yarışına liderlik etməyi hədəfləyir. 

Banco.az xəbər verir ki, ABŞ-ın "Politico" jurnalının xəbərinə görə, əldə etdiyi sənədlərə əsasən, NASA böyük bir layihəni ictimaiyyətlə paylaşmağa hazırlaşır.

Nəqliyyat Katibi və NASA-nın Müvəqqəti Direktoru Sean Duffy-nin bu həftə tikintisi və sonra Aya göndərilməsi planlaşdırılan nüvə reaktoru layihəsini açıqlaması gözlənilir.

Nüvə reaktorunun 100 kilovat gücündə olacağı və 2030-cu ilə qədər kosmosa göndərilməsi nəzərdə tutulur.

NASA-nın anonim yüksək vəzifəli rəsmisi jurnala bildirib ki, ABŞ bu addımı ilə ikinci kosmos yarışında qalib gəlməyi hədəfləyir.