Müsahibənizin yaxşı keçib-getmədiyini anlamaq asan deyil ... Müsahibənizin böyük ehtimal ilə yaxşı getdiyini göstərən səkkiz əlaməti sizlərlə bölüşmək istəyirik.
1.Maraqlı söhbətinizin olması.
Əgər müsahibənizin rəsmi sorğudan daha çox rahat bir söhbət kimi keçdiyini hiss edirsinizsə, demək müsahibə götürən üçün sizin təkcə bacarıqlarınız və təcrübəniz önəmli deyil.
Bu şirkət mədəniyyətinə uyğun olduğunuzu göstərməklə yanaşı,əgər işə götürülsəniz dinamik işçi olacağınızı da sübut edir. Beləliklə, müsahibə götürənin rəsmiyyətdən daha çox hansı janr filmləri sevdiyinizə diqqət yetirirsə,böyük ehtimal yaxşı davam edirsiniz.
2.Sizə müsbət münasibətin göstərilməsi.
Aydındır ki,əgər siz ancaq suallara doğru cavab verməyə fokuslansanız, müsahibəçinin reaksiyalarına tam diqqət yetirə bilməyəcəksiniz.
Amma bizə güvənin, həmin reaksiyalar çox önəmlidir.Siz sadəcə müsahibəçiyə baxaraq-onların bədən dili və sizin cavablara necə qarşılıq verməsi ilə, müsahibəçinin sizin haqqınızda nece düşündüyünü bilə bilərsiniz.Əgər onlar tamamilə sizlə əlaqədə olarlarsa və sizə müsbət qarşılıq verərlərsə - doğru yolda olduğunuzdan əmin ola bilərsiniz.
3.İşi sizə satmaq üçün səy göstərilməsi.
İşləyəcəyiniz işin bacarıqlarınıza və maraq dairənizə uyğun olduğunu aktiv şəkildə sizə çatdırırlarsa, bu daha bir yaxşı işarədir.
Onlar üçün işlə bağlı fikirləri və üstünlükləri yazarkən əgər müsahibəçi işinizi-hansı işlə məşğul olacağınızı ətraflı izah edirsə ('etdiyiniz' şeylər də daxil olmaqla) demək ki, yaxşı bir təəssürat yaratdınız.Bu o deməkdir ki, seçimi başqa bir namizəd üçün yox,məhz siz tərəfdən istifadə etmək istəyirlər.
4.Gələcək iş planlarına sizində daxil edilməniz.
İş münasibətlərinizin gələcəkdə olub-olmayacağını necə anlarsınız? Onlar həqiqətən nəyin necə gedəcəyini sizə deyəcəklər.
Əgər müsahibəçi gələcək layihələrində, planlarında və inkişaflarında sizin təcrübənizdən necə istifadə edəcəyini danışırsa, həmin vəzifə üçün ən yaxşı namizədin siz olma ehtimalı yüksəkdir.Bu təkcə orada çalışaraq işə əlavə nələrsə qata biləcəyinizi göstərmək demək deyil, həm də həqiqətən son bir daha yaxşı təəssürat yaratdığınız göstərir.
5. Sizi komandanın digər işçiləri ilə tanış etməkləri.
Komanda ilə görüş üçün edilən dəvət əsasən həmkarlarla münasibəti yoxlamaq üçün edilir.
Müsahibəniz yaxşı keçir və işə götürən, son qərarı verməzdən əvvəl komanda ilə yaxşı qarşılıqlı münasibətdə olub-olmayacağınızı bilmək istəyir. Beləliklə, tanış olduğunuz hər kəsə nəzakətli və mehriban olmaqdan çəkinməyin. Bu iş mühiti üçün mükəmməl imkandır.
6.Müsahibənin planlaşdırılan vaxtdan çox çəkməsi.
Qebul edək, müsahibəçilər məşğul insanlardır.Müsahibələr, təyinatlar, görüşlər və ümumi vəzifələr arasında onların boş vaxtları nadir hallarda olur.
Bu, onların proqramlarına və vaxt bölgülərinə sadiq qalmaları deməkdir . Beləliklə, müsahibə planlaşdırılmış vaxtdan çox çəkdisə, demək olar ki, bu həmişə müsbət əlamətdir. Onlar haqqınızda daha çox şey öyrənmək istəməklə yanaşı, həm də bunun üçün vaxt ayırırlar.
7.Nə vaxt başlaya biləcəyinizi soruşmaqları.
Bu sualaın verilmə qaydasına əsasən müsahibənizin yaxşı getdiyinə diqqət yetirə bilərsinz.
Məsələn, əgər müsahibəçi bir sıra ümumi sualları sürətli şəkildə soruşarsa ehtimal ki, müəyyən hərəkətləri gözdən keçirir.Amma sizin nə vaxt işə başlayacağınızı birbaşa sizdən tək şəkildə soruşurlarsa, bu sizi işçi kimi düşündüklərinin işarəsi ola bilər.
8.İkinci bir müsahibəyə dəvət etməkləri.
Əla xəbər! Onlar səni yenidən görmək istəyirlər.Əgər ikinci müsahibəyə dəvət edildinizsə və xüsusilə də bunu müsahibə bitmədən öncə dedilərsə hər şeyin yaxşı getdiyindən əmin ola bilərsiniz
Bu prosesdən keçmək çətin görünsə də, sinirlərin əhvalınızın pozulmasına imkan verməyin. Onsuz da onlar artıq sizi bəyəniblər, sadəcə etdiyiniz şeyi etməyə davam edin .
Tərcümə: Nağıyeva Güllü