"Moody's" İtaliyanın kredit proqnozunu yenidən nəzərdən keçirib | Banco.az

"Moody's" İtaliyanın kredit proqnozunu yenidən nəzərdən keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's” İtaliyanın kredit proqnozunu mənfidən çıxarıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Moody's” İtaliyanın reytinq proqnozunu "mənfi"dən "stabil"ə dəyişdirib.

Agentliyin bəyanatında İtaliyanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqinin isə "Baa3" olaraq təsdiqləndiyi bildirilib.

Bəyanatda proqnozun yüksəldilməsinin İtaliyanın iqtisadi gücünü, bank sektorunun dayanıqlılığını və hökumətin borc dinamikası ilə bağlı gözləntilərin sabitləşməsini əks etdirdiyi vurğulanıb.

Həmçinin qeyd edilib ki, hökumətin atdığı güclü siyasət addımları nəticəsində enerji təchizatı ilə bağlı risklər azalıb. “Moody's”in İtaliyanın bank sektorunda davamlı olacağını gözlədiyi irəliləyişlərin tsiklik iqtisadi artımı dəstəklədiyi bildirilib.

Qeyd olunub ki, növbəti bir neçə il ərzində ümumi daxili məhsulun davamlı artımı ölkənin maliyyə gücünün pisləşməsi riskini azaldacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram