Mobil operatorlar 4 ayda 400 milyon manata yaxın gəlir əldə edib | Banco.az

Mobil operatorlar 4 ayda 400 milyon manata yaxın gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarına Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,5% artaraq 1040,2 mln. manat təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 75,8%-i əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 36,7%-i və ya 382,1 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Ötən ilin eyni dövründə bu göstərici 354,2 milyon manat (38,5%) təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram