Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin iyul ayında mobil internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (359.85 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Qətər (343.84 Mbps) ikinci, Küveyt (232.12 Mbps) üçüncü olub.
111 ölkə arasında sonuncu yerdə Yəmən (7.26 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 49-cu (53.98 Mbps) olub. İyunda ölkəmizdə sürət 52.63 Mbps idi.
Mobil internetin ən sürətli olduğu 10 ölkə bunlardır (İyul, 2024):
- BƏƏ – 359.85 Mbps
- Qətər – 343.84 Mbps
- Küveyt – 232.12 Mbps
- Cənubi Koreya – 139.38 Mbps
- Danimarka – 133.65 Mbps
- Norveç – 132.07 Mbps
- Niderland – 128.80 Mbps
- Səudiyyə Ərəbistanı – 124.97 Mbps
- Çin – 122.79 Mbps
- Bəhreyn – 112.65 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!