Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin mart ayında mobil internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Qətər (313.30 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (296.00 Mbps) ikinci, Küveyt (228.64 Mbps) üçüncü olub.
148 ölkə arasında sonuncu yerdə Kuba (4.01 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 56-cı (50.12 Mbps) olub.
Mobil internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Mart, 2024):
- Qətər – 313.30 Mbps
- BƏƏ – 296.00 Mbps
- Küveyt – 228.64 Mbps
- İslandiya – 158.32 Mbps
- Cənubi Koreya – 156.23 Mbps
- Danimarka – 145.75 Mbps
- Çin – 143.73 Mbps
- Niderland – 135.52 Mbps
- ABŞ – 129.26 Mbps
- Makau (Çinin xüsusi inzibati bölgəsi) – 127.39 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!