Müəllif:Mehin Qasımova,Banco.az
“Microsoft” "Fələstin" və "Qəzza" sözləri olan e-poçtları bloklamağa başlayıb.
Banco.az xəbər verir ki, şirkətin işçiləri müəyyən ediblər ki, “Fələstin” və ya “Qəzza” sözlərindən ibarət göndərdikləri məktubların şirkət daxilində və xaricində alıcılara göndərilməsi müvəqqəti olaraq bloklanıb.
“No Azure for Apartheid” (NOAA) etiraz qrupu bildirir ki, “onlarla Microsoft işçisi” mövzuda və ya mətndə sözlərin olduğu mesajları göndərə bilməyib.
NOAA təşkilatçısı Hossam Nasr qeyid edib ki, İsrail və ya P4lestine kimi sözlər bu bloklamaya səbəb olmur. Onun sözlərinə görə, bu, rəhbərlik tərəfindən söz azadlığını və senzuranı boğmaq cəhdidir.
"Microsoft" təsdiqləyib ki, şirkət daxilində "siyasi motivli e-poçtların" sayını azaltmaq üçün bəzi dəyişikliklər edib. Şirkətin sözçüsü Frank Shaw bildirib ki, on minlərlə işçi son bir neçə gündə bir sıra siyasi ittihamlarla dolu mesajlar alıb və bu, rəhbərləri hərəkətə keçməyə məcbur edib.
Qeyd edək ki, "Microsoft" bütün dünyada bəzi işçilərini ixtisar etmək qərarına gəlib. Şirkət bildirib ki, ixtisarlar bütün səviyyələrdə, komandalar və bölgələr üzrə işçilərin üç faizinə təsir edəcək. Bu, 2023-cü ildə 10,000 vəzifənin (bütün işçi qüvvəsinin təxminən beş faizi) kəsilməsindən bəri ən böyük ixtisar mərhələsidir.