Müəllif: Tamara Mustafayeva, Banco.az
“Ferrero Rocher”, “Kit Kat”, “Burger King” və digər bir çox tanınmış marka yumoristik şəkildə krala salam göndəriblər.
Banco.az xəbər verir ki, ötən həftə sonu baş tutan Kral Çarlzın tacqoyma mərasimi üçün dünyanın bir çox məşhur markaları bir araya gəlib.
Tədbir üçün xüsusi reklam hazırlayan “Ferrero Rocher” şokoladın kağız nimçə hissəsini tac kimi təsvir edərək onu şokaladın üstünə qoyub.
“Kit Kat” isə simvolik "Bir az fasilə verin" şüarını "Əlavə fasilə üçün təşəkkür edirik, ser" olaraq dəyişib. Şüar həmçinin Böyük Britaniyada verilən əlavə istirahət gününə də istinad edir.
“Burger King” isə loqosundan “Burger” sözünü götürərək təkcə “King” sözünü saxlayıb.
Sous brendi “Heinz” də şənliklərdən geri qalmayıb və məşhur ketçupunun adını dəyişdirərək “Tomato Kingchup” qoyub. Şirkət hətta bu xüsusi adlandırılmış sous şüşəsini birbaşa Kral Çarlza göndərdiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!