Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək | Banco.az

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.

APA-Economics”in məlumatına görə, bu gün keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.