Mərkəzi Bank uçot dərəcəsini 12%-dək endirə bilər | Banco.az

Mərkəzi Bank uçot dərəcəsini 12%-dək endirə bilər

Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda ortaillik inflyasiyasının 13% səviyyəsində olacağını proqnozlaşdırır. "Interfax" agentliyinə istinadən xəbər verilir ki, bu barədə bankın proqnozunda deyilir.

Bankirlər proqnozuna əsasən, 2018-ci ildə ortaillik inflyasiya 7,2%-dək geriləyəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2017-ci ilin yanvar-aprel aylarında ortaillik inflyasiya 13,5% təşkil edib.

Bankın analitikləri hesab edir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu il uçot dərəcəsini dəyişməz saxlayacaq. "Buna baxmayaraq, AMB 2018-ci ildə uçot dərəcəsi 15%-dən 12%-dək endirə bilər", - deyə bankirlər qeyd edib.

Mənbə: Apa.az