Mərkəzi Bank depozit hərracında 150 mln. manat cəlb edib | Banco.az

Mərkəzi Bank depozit hərracında 150 mln. manat cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankı(AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 196,5 mln. manat təşkil edib. 

Banco.az AMB-yə istinadən xəbər verir ki, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,73% olub. Real tələbat faktiki təklifi 31% ustələyib.