2014-cü ilin may ayında 92,614 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 19 minə yaxın xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 milyon manatdan çox olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 3,73%, sığorta haqlarının məbləğində 5,95% azalma müşahidə edilmişdir.
Cari ilin may ayında orta sığorta haqqı 70,2 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,65 (bir manat altmış beş qəpik) azdır.