Macarıstanın Azərbaycana birbaşa xarici investisiyaları 77% artıb | Banco.az

Macarıstanın Azərbaycana birbaşa xarici investisiyaları 77% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin birinci rübündə Macarıstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 80 milyon 255 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 77% və ya 34 milyon 920 min dollar çoxdur.

Hesabat dövründə Macarıstan Azərbaycana ən çox investisiya yatıran 6-cı ölkə olub. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 45 milyon 335 min dollar təşkil edirdi.

Birinci rübdə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Macarıstanın payı 5,3% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram