Macarıstanın Azərbaycana birbaşa xarici investisiyaları 5 dəfə artıb | Banco.az

Macarıstanın Azərbaycana birbaşa xarici investisiyaları 5 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə Macarıstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 1 milyard 18 milyon 648 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 5,2 dəfə və ya 821 milyon 196 min dollar çoxdur.

Hesabat dövründə Macarıstan Azərbaycana ən çox investisiya yatıran 3-cü ölkə olub. 

Qeyd edək ki, 2023-cü ildə bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 197 milyon 452 min dollar təşkil edirdi.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Macarıstanın payı 14,5% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram