Liviya Mərkəzi Bankı bu səbəbdən fəaliyyətini dayandırıb | Banco.az

Liviya Mərkəzi Bankı bu səbəbdən fəaliyyətini dayandırıb

Müəllif:Ayşən İmanova/Banco.az

İnformasiya texnologiyaları departamentinin direktorunun naməlum şəxslər tərəfindən qaçırılması ilə əlaqədar Liviya Mərkəzi Bankı fəaliyyətini dayandırıb.

Banco.az xəbər verir ki, bu barədə tənzimləyicinin açıqlamasında deyilir.

Mərkəzi Bankdan bildirilib ki, departamentin direktoru Musab Müsəllim avqustun 18-i səhər saatlarında evindən oğurlanıb. Bununla yanaşı, Mərkəzi Bankın bir sıra digər yüksəkvəzifəli şəxslərinin də adam oğurluğu ilə hədələndiyi vurğulanıb.

Mərkəzi Bank bütün departamentlərinin fəaliyyətini dayandırdığını və Musab Müsəllim azad edilənə qədər işə başlamayacaqlarını bəyan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram