Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-noyabr aylarında könüllü həyat sığortası növlərinin hesabına 498 milyon 718 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 112 milyon 873 min manat və ya 29.3% çoxdur.
Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2022-ci ilin eyni ayları ilə müqayisədə 43 milyon 575 min manat və ya 19.1% artaraq 271 milyon 629 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!