Çinə birbaşa xarici investisiyaların azalması davam edir | Banco.az

Çinə birbaşa xarici investisiyaların azalması davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinə birbaşa xarici investisiyaların azalması davam edir.

Banco.az xəbər verir ki, Çində ölkəyə daxil olan birbaşa xarici investisiyalarda son üç ildir davam edən azalma tendensiyası 2026-cı ilin ilk rübündə də davam edib.

Çin Ticarət Nazirliyinin məlumatlarına görə, 2026-cı ilin yanvar–mart aylarında birbaşa xarici investisiyaların həcmi 249,6 milyard yuan (36,5 milyard dollar) səviyyəsində olub.

Faktiki istifadə olunan xarici kapitalın həcmi ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalıb.

Bu dövrdə istehsal sektoruna yönəldilən investisiyalar 71,4 milyard yuan (10,4 milyard dollar), xidmətlər sektoruna yatırımlar isə 174,6 milyard yuan (25,5 milyard dollar) təşkil edib.

Yüksək texnologiya sektorlarına yönəldilən investisiyalarda isə artım müşahidə olunub. Belə ki, bu sahələrə qoyulan investisiyalar illik müqayisədə 30,7 faiz artaraq 102,7 milyard yuana (15 milyard dollar) çatıb və ümumi investisiyaların 41,2 faizini təşkil edib.

Alt kateqoriyalar üzrə baxıldıqda, elmi-tədqiqat və dizayn xidmətlərinə yatırımlar 127,8 faiz, kompüter və ofis avadanlıqları istehsalına yönələn investisiyalar 88,1 faiz, elektronika və rabitə avadanlıqları istehsalına qoyulan vəsaitlər isə 23,8 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram