Kərə yağı idxalı kəskin azalıb | Banco.az

Kərə yağı idxalı kəskin azalıb

2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycana 36 milyon 169 min dollar dəyərində 5717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsini aylıq hesabatında bildirilir.

2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 53 milyon 721 min dollar dəyərində 7686 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunmuşdu.

Beləliklə, Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxal 2026-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 552 min dollar və ya 32,7%, miqdar ifadəsilə 1968 ton və ya 25,6% azalıb.