Azərbaycanda əhalinin cəmi 29%-nin maliyyə müəssisələrində hesabı var. Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qafqaz üzrə regional direktoru Jan van Bilsen deyib.
IFC rəsmisinin sözlərinə görə, bu rəqəm Avropa və Mərkəzi Asiyada 51% civarındadır: "Son illər Azərbaycanda orta təbəqə genişlənib. Müştərək rifah artır. Azərbaycan yeni inkişaf mənbələri tapmalıdır".
J.van Bilsenin sözlərinə görə, Azərbaycan investisiya mühitini daha da yaxşılaşdırmalıdır.
Mənbə: Report.az