Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrə Qiymətli Metallar Assosiasiyası (ASFCMP) bildirib ki, ABŞ-ın qarşılıqlı əsaslı tarifləri ilə əhatə olunan iki növ külçə qızılın idxalı fiziki qızılın beynəlxalq axınına mənfi təsir göstərə bilər.
Banco.az xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin internet səhifəsində yerləşdirilən sənədlərin iki növ külçə qızılın idxalının qarşılıqlı əsas prinsiplərinə görə tətbiq olunan tariflər çərçivəsinə daxil olduğunu və bu məhsullara gömrük rüsumu tətbiq edildiyini ortaya qoyması narahatlığa səbəb olub.
ASFCMP-dən verilən açıqlamada, ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin 1 kiloqram və 100 unsiya külçə qızılın beynəlxalq ticarət sistemindəki təsnifat koduna dair izahına uyğun olaraq, bu məhsulların qarşılıqlı tariflərdən azadolma siyahısında yer almadığı bildirilib.
Açıqlamada bu vəziyyətin fiziki qızılın beynəlxalq dövriyyəsinə mənfi təsir göstərə biləcəyindən narahatlıq ifadə olunub.
ASFCMP-nin İsveçrə rəsmiləri London Külçə Bazarı Assosiasiyası (LBMA), Dünya Qızıl Şurası (WGC) və mühüm ABŞ qurumları da daxil olmaqla bütün aidiyyəti tərəflərlə aktiv əlaqə saxladığı vurğulanan açıqlamada ABŞ bazarının İsveçrə qiymətli metallar sənayesi üçün mühüm olduğu, lakin bu sənayenin qlobal miqyasda fəaliyyət göstərdiyi və yalnız bir bazardan asılı olmadığı qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!