İsveçin Pophouse Entertainment musiqiyə sərmayə fondu üçün 1 milyard avro cəlb edib | Banco.az

İsveçin Pophouse Entertainment musiqiyə sərmayə fondu üçün 1 milyard avro cəlb edib

Müəllif - Fərid İslamov - Banco.az

İsveçin sərmayə şirkəti Pophouse Entertainment Group, ilk musiqi fondu olan Pophouse Fund I üçün 1 milyard avro cəlb edib.

Şirkətin nümayəndəsi Bloomberg agentliyinə bildirib ki, fondun iştirakçıları arasında beynəlxalq investorlar, o cümlədən pensiya strukturları, ailə ofisləri və suveren fondlar yer alır.

Fondun kapitalının təxminən 30%-i artıq tanınmış artistlərin kataloqlarına yatırılıb. Bu sənətçilər arasında KISS, Cyndi LauperAvicii də var.

Pophouse Entertainment-in idarəedici tərəfdaşı Yohan Lagerlof bildirib ki, Pophouse Fund I son on ildə Avropada yaradılmış ən böyük debüt birbaşa sərmayə fondu və Şimali Avropa tarixində ən böyüyüdür.

Pophouse Entertainment şirkəti ABBA qrupunun üzvü Björn Ulvaeus və investisiya şirkəti EQT-nin təsisçisi Conni Yunsson tərəfindən yaradılıb.