"İslam İnkişaf Bankı indiyədək Azərbaycanda 1,3 milyard ABŞ dolları həcmində 77 layihəni maliyyələşdirib".
Bunu İslam İnkişaf Bankı Qrupunun baş iqtisadçısı Areef Suleman deyib.
O vurğulayıb ki, bu layihələrin əksəriyyəti energetika sektorunu əhatə edir:
"Lakin kənd təsərrüfatı da digər sahələr kimi maraq doğurur. Məhz bu səbəbdən biz digər tərəfdaş ölkələr kimi Azərbaycana dəstəyimizi gələcəkdə də davam etdirəcəyik".
apa