Banco.az portalı bu dəfə sizə işçi heyəti ilə bağlı ödənilmiş xərclər üzrə bankların renkinqini təqdim edir.
Bütün rəqəmlər bankların audit olunmuş hesabatlarından götürülüb. AmrahBank və Beynəlxalq Bankda 2016-ci ilin sonuna olan audit hesabatları dərc olunmadığından renkinqdə onların 2016-ci illə bağlı göstəriciləri verilməyib.
İşçi xərclərinin həcminə görə ilk beşlikdə yer alan banklar Kapital Bank, Beynəlxalq Bank, AccessBank, Paşa Bank və Unibank olmuşdur. Təbii ki, əməkdaşların sayını bilmədən hansısa bankda əməkhaqqının daha yüksək olmasını iddia etmək olmaz.
Əksər banklar 2015-ci illə müqayisədə 2016-ci ildə əməkhaqqı və işçi heyəti ilə bağlı digər xərcləri azaldıb. Məsələn Unibankda bu rəqəm 36%, AccessBank və Bank of Baku-da isə 23% olub.
İşçi heyəti ilə bağlı xərcləri ciddi artan banklar siyahısına isə Paşa Bank (62%), Azər Türk Bank (34%), Ziraat Bank Azərbaycan (49%) və Gunay Bankı (45%) qeyd etmək olar.
İşçi heyəti üçün xərclər özündə - əməkhaqqları, bonus, mükafat və Sosial Müdafiə Fonduna edilmiş ödənişləri də əhatə edir.
Bankın adı |
2016, Min AZN |
2015, Min AZN |
Artım/Azalma |
Kapital Bank |
60 573 |
55 793 |
9% |
Beynəlxalq Bank |
55 179 |
||
AccessBank |
40 348 |
52 286 |
-23% |
Paşa Bank |
35 358 |
21 835 |
62% |
Unibank |
23 016 |
35 814 |
-36% |
Bank of Baku |
17 835 |
23 160 |
-23% |
Xalq Bank |
14 722 |
14 476 |
2% |
Bank Respublika |
13 995 |
16 588 |
-16% |
Dəmirbank |
13 665 |
18 189 |
-25% |
Yapı Kredi Bank Azərbaycan |
11 859 |
13 363 |
-11% |
VTB Bank Azərbaycan |
11 560 |
12 157 |
-5% |
Expressbank |
10 127 |
11 046 |
-8% |
Amrahbank |
10 722 |
||
AGBank |
9 127 |
13 505 |
-32% |
Azər Türk Bank |
8 926 |
6 658 |
34% |
Nikoil Bank |
8 722 |
10 591 |
-18% |
Rabitəbank |
8 133 |
9 202 |
-12% |
Atabank |
7 363 |
7 883 |
-7% |
AFB Bank |
6 981 |
6 641 |
5% |
Bank BTB |
5 526 |
6 018 |
-8% |
Turanbank |
5 425 |
7 067 |
-23% |
Bank Silk Way |
3 482 |
3 177 |
10% |
ASB Bank |
3 287 |
3 624 |
-9% |
Ziraat Bank |
2 025 |
1 361 |
49% |
NBC Bank |
1 618 |
1 553 |
4% |
Bank Avrasiya |
1 463 |
1 276 |
15% |
Bank Melli Iran Banku |
918 |
896 |
2% |
Gunay Bank |
362 |
250 |
45% |
Beynəlxalq Bankın 2016-ci ilin lk yarısında əməkhaqqı xərcləri 27 mln 651 min manat, 2015-ci ildə 55 mln 179 min manat və 2014-cü ildə 62 mln 33 min manat təşkil edib.
Amrahbankın 2014-cü ildə işçi heyəti ilə bağlı əməkhaqqı xərcləri 9 mln 722 min manat olub.