İran bankının Bakı filialının mənfəəti 28% azalıb | Banco.az

İran bankının Bakı filialının mənfəəti 28% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank Melli İran-ın Bakı filialı 2026-cı ilin yanvar-iyun aylarında 2 milyon 324 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 900 min 243 manat və ya 27,9% azdır. 2025-ci ilin eyni dövründə bankın mənfəəti 3 milyon 225 min manat təşkil edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Bank Melli İran-ın cari ilin 1 iyul tarixinə aktivləri 121 milyon 531 min 986 manat təşkil edib. 

Bankın aktivləri 2026-cı ilin əvvəli ilə müqayisədə 1 milyon 240 min 908 manat və ya 1,03% artıb.

Qeyd edək ki, 2025-ci ilin 31 dekabr tarixində Bank Melli İran-ın aktivlərinin həcmi isə 120 milyon 291 min 78 manata bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram