İnternetdə satılan ilk məhsulun nə olduğunu bilirsinizmi? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İnternetdə satılan ilk məhsulun nə olduğunu bilirsinizmi?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Onlayn alış-veriş çılğınlığı necə başlayıb? İnternetdə icra edilən ilk ticarət əməliyyatı hansı olub?

Banco.az xəbər verir ki, internet vasitəsilə ilk "real" elektron ticarət əməliyyatı 1994-cü il avqustun 11-nə təsadüf edir.

O dövrdə 21 yaşında olan sahibkar Dan Kon “NetMarket” adlı internet saytını idarə edirdi. Dan Kon məhz bu tarixdə Stinqin dördüncü solo albomu olan "On Çağırıcının Nağılları" albomundan bir CD-ni Filadelfiyadakı dostuna sataraq hazırda bazar dəyəri trilyonlarla dollar olan e-ticarət çılğınlığının ilk addımını atıb.

Əlbəttə ki, e-ticarətin başlanğıc nöqtəsi ilə bağlı hələ də bəzi fərziyyələr mövcuddur. Ancaq əlimizdə olan ən etibarlı məlumatlara əsaslanaraq deyə bilərik ki, bu bayraq Dan Konun əlindədir. Çünki o dövrdə internet vasitəsilə həyata keçirilən bu ilk ticarət əməliyyatı həm e-ticarət sektorunun inkişafına, həm də internetin ticarətdə potensialının reallaşmasına əhəmiyyətli töhfə verdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram