Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə işsizlik nisbəti dəyişməz olaraq qalıb.
Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, Birləşmiş Krallıqda məşğulluq nisbəti avqust-oktyabr dövründə 75,7 faiz ilə eyni səviyyədə qalıb.
Bu dövrdə işsizlik də 4,2 faiz səviyyəsində dəyişməz qalıb.
Pul siyasəti qərarları baxımından İngiltərə Bankının (BoE) izlədiyi maaş artımları isə yüksək olaraq qalmaqdadır. Belə ki, sözügedən dövrdə işçilərin bonuslar nəzərə alınmadan müntəzəm əməkhaqqında illik artım 7,3 faiz təşkil edib. Həmin dövrdə bonuslar da daxil olmaqla artım isə 7,2 faiz olub.
Oktyabr ayında ölkədə “əmək mübahisələri” səbəbindən 131 min işçi itkisi baş verib, bu itkinin 60 faizi səhiyyə və sosial xidmətlər sektorunda yaranan mübahisələrə görə yaranıb.
Bizi sosial şəbəkələrdən izləyin!!