Hündürmərtəbəli binaların tikintisinin ləğvi ilə bağlı açıqlama | Banco.az

Hündürmərtəbəli binaların tikintisinin ləğvi ilə bağlı açıqlama

Müəllif:Mehin Qasımova/Banco.az

"Bakıda xüsusi mühafizə olunan 1000 hektardan çox ərazi var ki, orada hündürlüyü beş mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcək".

Banco.az xəbər verir ki, bunu bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib. 

Onun sözlərinə görə, həmin ərazilərdə tarixi abidələrin sıxlığı nəzərə alınıb və tikintiyə məhdudiyyət qoyulub.

Anar Quliyev qeyd edib ki, xüsusilə, şəhərin mərkəzində də tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.

Məsələni şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı  hesab edir ki,  baş plana uyğun olaraq Bakı şəhində çoxmənzilli binaların tikintisi ilə bağlı prioritetlər dəyişir, bu da əvvəlki qaydalardan fərqlənəcək:

“Bu mənada tam şəkildə hündürmərtəbəli binaların tikintisinə icazə verilməyəcək demək düzgün olmazdı. Artıq 16, 18, 20, 25 mərtəbəli binaların tikintisi ilə bağlı yanaşmalar fərqli olacaq. Təbii ki, ərazidən, yerindən asılı olaraq icazə verilməsi məsələsi var. Burada sıxlıq əmsalları, şəhərsalma əsaslandırılması ilə bağlı baxışlar  və sair məsələlər var. Hesab edirəm ki, ərazilərdən asılı olaraq yüksəkmərtəbəli, yəni deyək ki, 12  13, 14 mərtəbədən yuxarı binaların tikintisinə icazə verilməsi məsələsi fərdi qaydada baxılacaq və çox hallarda icazə verilməyəcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram