Müəllif - Eldar Kərimov/Banco.az
HSBC Holdings Plc 2024-cü ilin dördüncü rübündə 197 milyon dollar xalis mənfəət əldə edib və bu, analitiklərin gözləntilərini üstələyib. Ötən il bu dövrdə bank 153 milyon dollar zərər qeydə almışdı.
Bununla yanaşı, HSBC 2 milyard dollarlıq səhmlərin geri alınması proqramını elan edib. Bu prosesin 2025-ci ilin birinci rübü üzrə hesabat açıqlanana qədər (29 aprel) tamamlanması planlaşdırılır.
Banka illik 1,5 milyard dollar qənaət qazandıracaq tədbirlərin 2026-cı ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulub. Lakin bu planın icrası üçün HSBC 2025 və 2026-cı illərdə ümumilikdə 1,8 milyard dollar xərcləyəcək, əsasən işdən çıxarılan işçilərə ödənişlər üçün.
Dördüncü rübün göstəricilərinə 5 milyard dollardan çox birdəfəlik silinmələr daxildir, əsasən bankın Argentinadakı əməliyyatlarının ayrılması ilə bağlıdır. Keçən il HSBC Çin Bank of Communications-dakı investisiyalarını 3 milyard dollar silmişdi.
2024-cü il üzrə HSBC-nin əsas maliyyə göstəriciləri:
- Xalis mənfəət: 22,9 milyard dollar (+2%)
- Gəlir: 65,9 milyard dollar (+1%)
- Xalis faiz gəliri (NII): 43,7 milyard dollar (+1,4%)
- 2025-ci il üzrə NII proqnozu: 42 milyard dollar
Bankın direktorlar şurası səhmdarlara hər səhm üçün 0,36 dollar dividendlərin ödənilməsini təsdiqləyib. İlin ümumi dividendləri, xüsusi ödənişlər də daxil olmaqla, 0,87 dollar təşkil edəcək.
2024-cü ilin oktyabrında yeni CEO Georges Elhedery HSBC-nin genişmiqyaslı yenidən təşkilini elan etdi. 2025-ci ilin yanvarından etibarən bankın biznesi dörd əsas bölməyə ayrılıb:
- Honq-Konq
- Böyük Britaniya
- Korporativ və institusional bankçılıq
- Varidat idarəçiliyi və varlı müştərilərin aktivlərinin idarə olunması
Son bir ildə HSBC-nin bazar dəyəri 52,3% artıb.