Müəllif: Tamara Mustafayeva, Banco.az
“HSBC” bu il qızılın qiymətində kəskin volatillik gözləyir.
Banco.az xəbər verir ki, “HSBC” 2025-ci il üçün qızılın perspektivinə dair hesabatını dərc edib.
Bank qızılın qlobal səviyyədə maliyyə, iqtisadi, ticarət və geosiyasi risklərin qarışığının təsiri ilə yüksəliş üçün dəstək tapacağını proqnozlaşdırıb. Bununla belə, dolların güclənməsi və faiz dərəcələrinin azaldılması prosesinin gözləniləndən daha yavaş irəliləməsi qızılın qiymətinin artımını məhdudlaşdıraraq, eniş yönümlü təzyiq yaradacağı qeyd olunub.
2024-cü il 31 oktyabrda qızılın unsiyasının 2.790 dollarla rekord səviyyəyə çatdığını xatırladan təşkilat qiymətlərin geri çəkilməsinə baxmayaraq, tarixi baxımdan hələ də yüksək qaldığını vurğulayıb.
FED və digər mərkəzi bankların faiz azaldılması, eləcə də iqtisadi qeyri-müəyyənlik gözləntilərinin təşviq etdiyi təhlükəsiz liman və hedc fond alışlarının qızıla dəstək verdiyi qeyd olunub. Lakin pul siyasətindəki yumşalma dövrü irəlilədikcə faiz azaldılmalarının getdikcə daha az dəstək göstərə biləcəyinə diqqət çəkilib.
Qızıl tələbatını dəstəkləyən digər amillər arasında maliyyə kəsirlərinə də yer verilib. Qızıla əsaslanan investisiya fondlarının satışlarına baxmayaraq, OTC (birja xarici) bazarında və fiziki alışlarda müşahidə olunan güclü tələbatın bu satışları tarazlaşdırdığı bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!