Müəllif:Mehin Qasımova,Banco.az
Hindistanda istehlak qiymətləri son 6 ilin ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, Hindistan hökumətinin açıqladığı məlumatlara görə, iyun ayında istehlak inflyasiyası illik 2,10 faizə düşüb.
Analitiklər inflyasiyanın əvvəlki ayla müqayisədə 2,82 faiz azalaraq 2,50 faiz olacağını gözləyirdilər.
Beləliklə, ölkədə 2019-cu ilin yanvar ayından bəri ən aşağı inflyasiya qeydə alınıb.
Enişi şərtləndirən əsas amillər baza effekti və əsas ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi olub.
Şəhərlərdə istehlak qiymətlərində artım 2,56 faiz olduğu halda, kənd yerlərində artım tempi 1,72 faiz səviyyəsində qalıb.