Araşdırma: Gülnar Əhmədli, Banco.az
Novruz bayramına artıq 1 gün qalıb. Hər kəs bayram bazarlığını etməyə başlayıb. Bu səbəblə bayram üçün gərəkli məhsulların qiymətini araşdırdıq və 3-4 nəfərlik bir ailə üçün bu xərcin nə qədər olduğunu hesabladıq. Hesablamalarımıza görə, paxlava, şəkərbura, qoğal, plov, dolma, salat üçün lazım olar məhsullar, meyvə və çərəzlərə çəkilən xərc 220 manat civarındadır.
Qeyd edək ki, bu, ümumi hesablamadır. Məhsulun çəkisindən, növündən asılı olaraq qiymətlər dəyişir.

Bizi sosial şəbəkələrdən izləyin!!
